25 C
Baku
27 İyul 2024, 5:06
Dünya

Maradonanın kuboku satışa çıxarılıb: 5 milyon dollar gözlənilir

Dieqo Maradonanın 1986-cı ildə dünya çempionatında qazandığı və futbol klassikinə çevrilən mükafatı hərraca çıxarılıb. Argentinalı əfsanənin “Qızıl top” mükafatının ən azı 5 milyon dollar olacağı gözlənilir.

Fransadakı Agüt Hərrac Evi unudulmaz ulduz mükafatını iyun ayında alıcılara təqdim edəcək.

Tanqolçuların ilk Dünya Kuboku qələbəsinə 5 qolla damğasını vuran Maradona 1/4 finalda İngiltərə ilə qarşılaşma ilə futbol klassiklərinə daxil oldu.

Ədəbiyyata “Tanrının əli” kimi düşən qolu ilk vuran argentinalı dəqiqələr sonra əsrin qolu seçilən slaqonu ilə ingilisləri darmadağın etdi.

Maradonanın tarixi matçda geyindiyi forma 7 milyon dollara satılıb.

2020-ci ildə dünyasını dəyişən əfsanənin “Qızıl top” mükafatının ən azı 5 milyon dollara alıcı tapacağı gözlənilir.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Pompeyin 2000 illik sirri: Partlayışdan sağ çıxanlar zəlzələ ilə üzləşdi

İntizar Əmirova

Putin həmkarına helikopter hədiyyə etdi

Bugün TV

Parisdə zəlzələ qurbanları üçün konsert keçirildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu