Digər

Maroçko: “Ukraynalı qoşunlar Krasnı Liman istiqamətində əks-hücum keçirməyə cəhd ediblər”

“Krasnı Liman istiqamətində düşmən itirilmiş mövqelərini bərpa etməyə çalışır. Ukrayna ordusu irəliləyən qüvvələrimizə əks-hücum edərək Makeyevka, Nevskoye və Çernopopovka yaşayış məntəqələri yaxınlığında itirdiyi əlverişli mövqelərini geri qaytarmaq üçün növbəti cəhd edib. Lakin Rusiya qüvvələri tərəfindən dəf edilib və itkilər verərək geri çəkiliblər”.

Bugun.tv xəbər verir ki, bunu Luqansk Xalq Respublikasının istefada olan polkovniki Andrey Maroçko TASS-a bildirib.

Maroçkonun sözlərinə görə, Ukrayna qüvvələrinin əks-hücumları Rusiya artilleriya və motoatıcı birləşmələri tərəfindən dayandırılıb. Ukrayna qoşunları, radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələri   insan qüvvəsi və silah itkisi verərək mövqelərə çəkiliblər.

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov  bildirib ki, Rusiya qüvvələrinin Mərkəz qrupları Krasnı Liman istiqamətində 160-a qədər Ukrayna hərbçisini zərərsizləşdirib. “Qvozdika” özüyeriyən sistemini məhv edib.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu