Baş xəbərTexnologiya

Mars helikopteri son mesajını göndərdi – Daha uça bilməyəcək

Mars helikopteri Ingenuity, rəsmi olaraq son məlumatlarını ötürərək, uçuş günlərini başa vurub.

Bugun.tv xəbər verir ki, O son aylarda keçirdiyi qəzalar səbəbindən artıq uça bilməyəcək.

Aparatın komponentlərinin əksəriyyəti hələ işlək vəziyyətdədir. Buna görə də ondan gələcək tədqiqatlar üçün monitor kimi istifadə ediləcəyi bildirilir.

Qeyd edək ki, NASA tərəfindən 30 iyul 2020-ci ildə buraxılan Perseverance aparatı 7 aylıq səyahətdən sonra 2021-ci ildə Marsa enib. Daha sonra vasitə “İngenuity” helikopterini səthə yerləşdirib.

Bu cihaz üç il ərzində Marsda 72 uçuş həyata keçirib, 18 km yol qət edıb. NASA-nın məlumatına görə, bu, planlaşdırılandan 14 dəfə çoxdur.

Teymur Əziz

Oxşar xəbərlər

“Evsizləri 112-yə xəbər verin” çağırışı

İntizar Əmirova

Məşhur aktyor Metyu Perrinin ölüm səbəbi məlum oldu

Teymur Əziz

Qazaxıstanın nümayəndə heyəti Azərbaycana səfər edib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu