Image default
Dünya

Marsda həyat izləri 50 il əvvəl gözdən qaçırılmış ola bilər

NASA-nın Marsa göndərdiyi ilk uğurlu eniş missiyası olan Viking-1-in 50 illiyi münasibətilə alimlər yeni iddia irəli sürüblər.

Bugun.tv xəbər verir ki, bəzi tədqiqatçılar 1970-cı ildə əldə olunan nəticələrin yanlış şərh edildiyini və Marsda həyat izlərinin əslində o zaman aşkar edilmiş ola biləcəyini bildirirlər.

Kimyaçı Stiven Bennerin sözlərinə görə, Viking missiyası zamanı istifadə edilən qaz xromatoqrafı–kütlə spektrometri cihazı Mars torpağında üzvi maddələrin olmadığını göstərmişdi. Lakin sonradan məlum olub ki, Mars torpağında mövcud olan perxloratlar nümunələr qızdırılarkən üzvi birləşmələri parçalayırdı. Bu səbəbdən cihaz onların mövcudluğunu qeydə ala bilməyib və nəticələr yanlış qiymətləndirilib.

Mütəxəssislər hesab edirlər ki, Viking missiyasının bəzi bioloji təcrübələri əslində mikroorqanizmlərin fəaliyyətinə işarə edə bilərdi. Bununla belə, bu fikir hələ də elmi ictimaiyyətdə yekdilliklə qəbul olunmur və bir çox alimlər Marsdakı kimyəvi reaksiyaların bu nəticələri həyat olmadan da izah edə biləcəyini bildirirlər.

NASA hazırda CuriosityPerseverance aparatları vasitəsilə Marsda qədim həyatın izlərini araşdırmağa davam edir. Alimlər hesab edirlər ki, gələcək missiyalar və Marsdan Yerə gətiriləcək süxur nümunələri bu mübahisəyə daha dəqiq cavab verməyə kömək edə bilər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Faraj Endi Börnemin baş nazir təyin olunmasını “çevriliş” adlandırdı

Aynur Camal

Qrenlandiya buzlaqlarının əriməsi araşdırılır

Aynur Camal

ABŞ–İran gərginliyi Qırmızı dənizdə neft daşımalarına təsir etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu