24 C
Baku
28 İyun 2025, 23:32
Baş xəbər

Martın 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bugun.tv-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu isə gecə 6-9°, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil  edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11°, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Gəminin batması nəticəsində 6 nəfər öldü

Bugün TV

Heydər Əliyev və Azərbaycan səhiyyəsi

Aynur Camal

O, səfərbərlikdən qaçırdı: Onu hərbi xidmətə qəbulda ölü tapdılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu