Digər

Yazın dəbi nə olacaq?-MODELYERDƏN AÇIQLAMA

Yaz fəsli yaxınlaşdıqca hər kəsi bir sual düşündürür, bu ilin dəbi nə olacaq? Təbii ki, zövqlər müxtəlifdir. Gəlin görək, modelyerlər bu haqda nə düşünür?

Modelyer-dizayner Ləman Əliyeva bu haqda Bugun.tv-yə müsahibə verib.

“Hər bir insan dəbli və gözoxşayan görünüşlə diqqəti öz üzərinə çəkmək istəyir. Xüsusilə də xanımlar desək, yanılmarıq. Dəblə ayaqlaşaraq zövqlü görünüşə sahib olmaq hər bir qadının istəyidir. Qış mövsümündə akssesuarlardan daha çox mirvarilər dəbdə idi. Bu yaz da eyni olacaq. Mirvari və bir də təbii daşlardan olan bijuteriyalar daha çox dəbdə olacaq. Əvvəlki illərdə gümüşü, qızılı, dəmirli elementlərdən olan bijuteriyalar gündəmdə idi. Bu il isə, onlar olmayacaq”.

Modelyer bu ilin əsas rənglərini də açıqlayıb. Onun sözlərinə görə, mövsümün ən dəbli tonlarını canlı və ya yumşaq rənglərlə saxlayaraq, bu yazda sadə harmoniya əldə edə bilərik.

“Yazda ən çox dəbdə olan rəng qırmızı olacaq. Ağ-qara bütün illərdə, bütün fəsillərdə favorit olaraq, öz klassikliyini qoruyub saxlayacaq. Bu il yaz geyimləri daha çox boş geyimlər və idmanla klassikanın qarışığı üslubunda olacaq”,- modelyer əlavə edib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Nizə zərbəsi ilə öldürülmüş neandertalın qalıqları aşkarlandı

Aynur Camal

Hazır qidalar beyində gizli zədələnmə riskinin artması ilə əlaqələndirilib

Aynur Camal

Tramp Kanadanın ABŞ-nin 51-ci ştatı olacağını yenidən iddia etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu