Baş xəbərKriminal

Masallı sakinindən narkotik vasitə aşkarlandı

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə bildirilir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına məlumat daxil olub. Daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.Onun Bədəlan kənd sakini Elməddin Hüseynov olduğu müəyyən edilib.

Sərnişin kimi əyləşdiyi “Vaz” markalı avtomobilə baxış zamanı keçirilib. Baxış zamanı E.Hüseynova məxsus ayrı-ayrı bükümlərdə qablaşdırılan ümumilikdə 7 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onun aşkarlanan narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı Səccad adlı şəxsdən əldə etdiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə E. Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.


Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

ABŞ-li analitikdən Türk Dövlətləri Təşkilatına dəstək çağırışı

Aynur Camal

Sızanaqlara qarşı vaksin hazırlanır

Aynur Camal

ABŞ-dan 907-ci düzəlişlə bağlı xatirə hədiyyəsi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu