Baş xəbərHadisəİqtisadiyyat

Masallıda qadına qarşı quldurluq edən şəxs saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə  verilən məlumata görə, Masallı rayonunun Qızılağac kəndindəki evlərdən birinə daxil olan şəxsin ev sahibəsinə kəsici alətlə xəsarət yetirərək pul tələb etməsi, daha sonra isə oradan uzaqlaşması ilə bağlı polisə məlumat daxil olub.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Qızılağac kənd sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə və oğurluğa görə məhkum olunmuş İntiqam Axundov müəyyən olunaraq saxlanılıb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Öz siyasi kursu olmayan ölkəni seçirlər və bu da Ermənistandır”- VİDEO

Aynur Camal

3 qeyri-qanuni mühacir tutuldu

İntizar Əmirova

Sayrışan işıqlarla oğrulara qarşı əməliyyat keçirildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu