25 C
Baku
27 İyul 2024, 6:58
Baş xəbərTexnologiya

WESTERN-AZERBAİJAN.AZ SAYTI FƏALİYYƏTƏ BAŞLAYIB

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən həyata keçirilən “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində hazırlanmış western-azerbaijan.az saytı fəaliyyətə başlayıb.


Saytda Qərbi Azərbaycanın tarixinə, tarixi mahallarına, soydaşlarımızın bu torpaqlarda yaratdığı maddi və mədəni irsə, ərazinin etnodemoqrafik vəziyyətinə, eləcə də “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində çəkilmiş “Sarı gəlin”in sorağında” tammetrajlı sənədli filminə həsr olunmuş bölmələr yaradılıb. Saytın mənbələr bölməsində Qərbi Azərbaycanın tarixinə həsr olunmuş elmi ədəbiyyatın, müxtəlif dövrləri əks etdirən xəritələrin və sənədlərin rəqəmsal surətləri yerləşdirilib.
Azərbaycan, ingilis və erməni dillərində yayımlanan məqalələrdə Qərbi Azərbaycan ərazilərinin inzibati və mədəni mərkəzi olan İrəvan şəhəri də daxil olmaqla bütün mahallarda əcdadlarımız tərəfindən yaradılmış maddi mədəniyyət abidələri (qalalar, məscidlər, saraylar və s.), incəsənət nümunələri (xalçalar, tətbiqi sənət nümunələri), mədəni mühit (ədəbiyyat, teatr, təhsil, mətbuat) haqqında beynəlxalq ictimaiyyətə, eləcə də xalqımıza, xüsusən də gənc nəsilə tarixi mənbələr, rəsmi sənədlər, xəritələr, nadir fotolar vasitəsi ilə dolğun informasiya çatdırılır.


Qərbi Azərbaycanın maddi və mədəni irsinin təbliğinə həsr olunan və 3 dildə (Azərbaycan, ingilis və erməni) fəaliyyət göstərəcək saytın bundan sonra da Qərbi Azərbaycan İcması və AMEA Tarix institutunun Qərbi Azərbaycan Tarixi şöbəsi ilə əməkdaşlıq çərçivəsində genişləndirilməsi və daha da zənginləşdirilməsi nəzərdə tutulur.
Saytda təqdim olunan materiallar eyni zamanda Qərbi Azərbaycanın tarixi, maddi və mədəni irsi ilə maraqlanan yerli və xarici alimlər, tədqiqatçılar, tələbələr və yuxarı sinif şagirdləri, dünya azərbaycanşünasları, Ermənistan azərbaycanşünasları üçün istiqamətverici mənbə rolunu oynayacaq.

Bugün TV

Oxşar xəbərlər

Temperatur enəcək, dolu düşəcək

Aynur Camal

Microsoft pullu AI köməkçisini işə saldı

Bugün TV

Azərbaycan və Litva prezidentlərinin geniş tərkibdə görüşü olub – YENİLƏNİB

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu