Baş xəbərTexnologiya

Maskla Zukerberq X platformasında canlı yayıma çıxacaqlar

Bugun.tv xəbər verir Əvvəllər Twitter kimi tanınan X sosial media platformasının sahibi Elon Musk, Meta İcraçı Direktoru (CEO) Mark Zukerberq ilə “qəfəs döyüşünü” X platformasında canlı yayımlayacağını və əldə edilən gəliri veteranlar dərnəyinə bağışlayacağını açıqlayıb.

X platformasında verdiyi açıqlamada Mask, canlı yayımdan yığılan gəliri veteranlar dərnəyinə bağışlayacağını deyib.

Başqa bir paylaşımda bütün günü çəki qaldıraraq döyüşə hazırlaşdığını bildirən Mask, məşq etməyə vaxtı olmadığı üçün çəkiləri iş yerinə gətirdiyini bildirib.

Xatırladaq ki, Musk, Zukerberqi mübarizəyə çağırıb. Zukerberq də iyunun 22-də sosial şəbəkədəki paylaşımında “qəfəsdə döyüş” təklifini qəbul etdiyini açıqlayıb.

Bugün TV

Oxşar xəbərlər

SpaceX-in Starship raketi ilk dəfə orbitə çıxdı

Aynur Camal

Vüqar Bayramov manatın məzənnəsi ilə bağlı gözləntilərini açıqlayıb

Aynur Camal

Prezident İlham Əliyev: “Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu