27 C
Baku
27 İyul 2025, 23:34
Dünya

Maya Sandu: “Moldova yaxın illərdə Aİ-nin bir hissəsi olmalıdır”

Moldova bu onilliyin sonuna qədər Avropa İttifaqına daxil olacaq”.

Bu barədə ölkə Prezidenti Maya Sandu yerli telekanala müsahibəsində bildirib.

“Düşünürəm ki, Moldova yaxın illərdə – bu onilliyin sonuna qədər Aİ-nin bir hissəsi olmalıdır. Hamımız səy göstərsək, hər kəs öz yerində çalışarsa, bu, baş verə bilər”, – Sandu deyib.

O, Aİ-yə daxil olmağın ölkənin iqtisadi inkişafı üçün daha geniş imkanlar yaradacağını və təhlükəsizliyini təmin edəcəyini vurğulayıb.

Qeyd edək ki, Aİ-nin dövlət və hökumət başçıları 2022-ci il iyunun 23-də Brüsseldə keçirilən sammitdə Ukrayna və Moldovaya birliyə üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər. Üzvlük danışıqlarına başlamaq üçün ölkələr bir sıra şərtləri, o cümlədən islahatları yerinə yetirməlidir.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

İrana uçuşların dayandırıldığı yalandı

Aynur Camal

Qran-pridə yağış xaosa səbəb oldu

Aynur Camal

Bennu asteroidindən nümunə götürən Osiris-Rex Yerə çatdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu