25 C
Baku
27 İyul 2024, 3:52
Dünya

Maya Sandu: “Moldova yaxın illərdə Aİ-nin bir hissəsi olmalıdır”

Moldova bu onilliyin sonuna qədər Avropa İttifaqına daxil olacaq”.

Bu barədə ölkə Prezidenti Maya Sandu yerli telekanala müsahibəsində bildirib.

“Düşünürəm ki, Moldova yaxın illərdə – bu onilliyin sonuna qədər Aİ-nin bir hissəsi olmalıdır. Hamımız səy göstərsək, hər kəs öz yerində çalışarsa, bu, baş verə bilər”, – Sandu deyib.

O, Aİ-yə daxil olmağın ölkənin iqtisadi inkişafı üçün daha geniş imkanlar yaradacağını və təhlükəsizliyini təmin edəcəyini vurğulayıb.

Qeyd edək ki, Aİ-nin dövlət və hökumət başçıları 2022-ci il iyunun 23-də Brüsseldə keçirilən sammitdə Ukrayna və Moldovaya birliyə üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər. Üzvlük danışıqlarına başlamaq üçün ölkələr bir sıra şərtləri, o cümlədən islahatları yerinə yetirməlidir.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Putin Rusiyanın iki ölkədəki səfirini vəzifəsindən azad etdi

Nigar Məmmədova

İtaliya vətəndaşlarından Ukraynanı tərk etmələrini xahiş edir

Aynur Camal

Almaniya və Rusiya arasında “diplomatik” böhran

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu