25 C
Baku
27 İyul 2024, 7:09
Baş xəbər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır

Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonu keçirildi.

Bugun.tv-nin əldə etdiyi məlumata görə, Xırdalan 0.0 alkoqolsuz pivəsi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyan Marafonun əsas tərəfdaşlarındandır.

“Küləyə qalib gəl” şüarı altında yeddinci dəfə keçirilən Bakı Marafonunun bu il start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında oldu və 18 mindən çox iştirakçı cəlb etdi.

Bakının dad simvollarından olan Xırdalan, bu dəfə tam alkoqolsuz Xırdalan 0.0 pivəsi ilə marafon iştirakçılarının macəralarının yol yoldaşı oldu.

Bu il 100-dən çox iştirakçı Bakı Marafonunda Xırdalan 0.0 komandası tərkibində start götürdü.

Bakı Marafonu 2024-ün qalibləri kişilər və qadınlar olmaqla iki kateqoriya üzrə müəyyənləşdi. Birinci yerin qaliblərinə 3000 manat, ikinci yerin qaliblərinə 2000 manat, üçüncü yerin qaliblərinə 1000 manat pul mükafatı, həmçinin müxtəlif hədiyyələr və sertifikarlar təqdim olundu.

Qeyd edək ki, Bakı Marafonu 2024-ün tərəfdaşı “Xırdalan 0.0” – pasterizə olunmuş açıq rəngli alkoqolsuz pivədir. Tərkibində konservant yoxdur. Keyfiyyətli mayadan hazırlanmış zəngin ətirli və nəfis dadlı lager pivəsi “Xırdalan 0.0” artıq istehlakçılara təqdim olunub.

Teymur Əziz

Oxşar xəbərlər

Rusiyada 10400-dən çox evi su basdı

Nigar Məmmədova

Naziri general-polkovnik cənab Vilayət Eyvazov rayon sakinlərini qəbul edəcək

Aynur Camal

Avtobus səkiyə çıxdı: 2 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu