Dünyaİdman

Mbappenin “PSJ” dən qovulduğu məlum oldu

Səudiyyə futbolunun rəhbərliyi Fransanın “PSJ” klubunun hücumçusu Kilian Mbappeni yerli liqa klublarından birinə dəvət etmək istəyir.

Bugun.tv xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs “Twitter” səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı artıq Mbappenin transferi üçün təklif hazırlayıb.

Mbappe özü karyerasını Avropada davam etdirməyi planlaşdırır. Bu da onun Səudiyyə Ərəbistanına mümkün keçidini çətinləşdirir. Əks halda, “PSJ” hücumçunu ərəb ölkəsinə satmaqdan çəkinməzdi.

Qeyd edək ki, bundan əvvəl Mbappenin Yaponiyada mövsümöncəsi təlim-məşq toplanışında olduğu üçün “PSJ”dən qovulduğu məlum olub. Mətbuatın yazdığına görə, hücumçu transferə çıxarılıb.

Bugün TV

Oxşar xəbərlər

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

ABŞ Apelyasiya Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsini dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu