İdman

Mbappenin “Real”la müqaviləsinin təfərrüatları məlum oldu

Bugun.tv xəbər verir ki, Fransalı hücumçu Kilian Mbappe “Real”la müqavilə imzalayıb. Müqavilənin təfərrüatlarını Marca açıqlayıb.

Mənbənin öyrəndiyi kimi, tərəflər iki həftə əvvəl 5 illik müqavilə bağlayıblar. 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Ötən günlərdə Mbappenin Paris Saint-Germain rəhbərliyinə yayda klubdan gedəcəyi bildirilib. Forvardın parislilərin prezidenti Nasser Al-Xelaifi ilə danışdığı və qərarını ona çatdırdığı dəqiqləşib.

Fevralın 3-də Mbappenin 2024-cü ilin yayında PSJ-dən Real Madridə keçəcəyi xəbəri yayılmışdı. Sonradan məlumat ortaya çıxdı ki, müqavilənin razılaşdırılmasında çətinliklər üzündən sövdələşmə pozula bilər. Forvardla “Mançester Siti” də maraqlanır.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Formula 1 2027-ci ilin təqvimini açıqladı: Türkiyə də yarışlara qayıdır

Aynur Camal

Manchester derbisində hakim səhvi rəsmən etiraf edildi

Aynur Camal

Şirkətlər arasında “Marsol Minifutbol Turniri 2026” keçiriləcək – qeydiyyat başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu