Baş xəbərSosial

MDB-nin geodeziya, xəritəçəkmə və kadastrla sazişində dəyişiklik edilib

Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi üzrə MDB-nin Dövlətlərarası şura haqqında Əsasnaməsi yeni redaksiyada təqdim olunacaq.

Bugun.tv  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin martın 14-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Belə ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 1992-ci il oktyabrın 9-da keçirilən iclasında “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında” Saziş imzalanıb. Azərbaycan həmin Sazişə 1998-ci aprelin 10-da qoşulub.

2021-ci il mayın 28-də imzalanmış protokol ilə yuxarıda qeyd olunan sazişlə təsdiq edilmiş Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi üzrə Dövlətlərarası şura haqqında Əsasnamə yeni redaksiyada verilir.

Bu əsasnaməyə uyğun olaraq Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi üzrə Dövlətlərarası Şura Birliyin iştirakçı dövlətlərinin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahəsində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişin yerinə yetirilməsi üçün yaradılır və Müstəqil Dövlətlər Birliyinin sahəvi əməkdaşlıq orqanıdır.

Əsasnamədə Şuranın funksiyaları, onun tərkibi, fəaliyyətinin təşkili, üzvlərinin hüquq və vəzifələri barədə müddəalar əksini tapıb. Bundan başqa, Əsasnamədə Şuranın Katibliyinin funksiyaları və Şuranın prosedur qaydaları müəyyən edilib.

Azərbaycan tərəfi protokolu qeyd-şərt ilə imzalayıb. Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

Ağdaş rayonunda cinayət hadisəsi baş verdi

Kəmalə Sultan

Esenyurtda yaşayış binasında yanğın: 4 nəfər müalicə olundu

Bugün TV

Prezident Ərdoğan and içdi… Mandatını Baxçalıdan aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu