29 C
Baku
1 İyun 2025, 13:44
Dünya

Media: İslamabadda partlayış baş verib

Xarici Xəbərlər. 

Pakistanın paytaxtı İslamabadın cənub-qərbində cümə günü baş verən partlayış nəticəsində azı bir polis məmuru ölüb, 6-sı yaralanıb. Bu barədə polisə istinadən Dawn qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, hadisə I-10/4 sektorunda polis şübhəli taksi avtomobilini yoxlamaq istəyərkən baş verib. Avtomobili idarə edən kamikadze partlayıcı qurğunu polis yaxınlaşan zaman işə salıb. Partlayış nəticəsində 1 polis ölüb, 4-ü polis olmaqla 6 nəfər yaralanıb.

Hazırda hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Mənbə:TASS

Aynur Camal

Oxşar xəbərlər

Ukraynada yaralananların sayı 19 nəfərə çatdı

Bugün TV

Prezidentin Fransaya ekoloji reaksiyası

Aynur Camal

Con qasırğası Meksikanı vurdu: 3 nəfər ölüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu