Digər

Media: İsveç klubları qeyri-ağdərili qonaqların sayını azaltmaq üçün musiqini dəyişir

Bugun.tv “P3 Nyheter” radiosuna istinadla xəbər verir ki, mühafizəçilərin və əyləncə sənayesi işçilərinin sözlərinə görə, bu addım “ağdərili olmayan” qonaqların sayını azaltmaq məqsədi güdür. Paytaxt klublarından birinin mühafizəçisi bildirib ki, bəzi məkanlarda içəridə “başqa mənşəli” qonaqların sayı çoxaldıqda belə üsula əl atılır. Klub sahəsində 20 ildən çox təcrübəsi olan musiqi jurnalisti Həsən Ramiç isə iddia edir ki, rasizm İsveç gecə həyatının daim bir hissəsi olub. Onun sözlərinə görə, klublar hip-hopa yalnız “kifayət qədər ağdərili” tamaşaçı olduğu müddətcə üstünlük verir, sonra isə formatı dəyişirlər. Eyni zamanda restoran biznesinin bəzi nümayəndələri belə bir praktikanın mövcudluğunu inkar edir və İsveçdə cəmiyyətlə yanaşı, klub mədəniyyətində də sağlam müxtəlifliyin olduğunu qeyd edirlər.

Bugün TV

Oxşar xəbərlər

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: Netanyahu Rusiyaya qarşı sanksiyalar məsələsində ABŞ siyasətinə təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu