DünyaSiyasət

Media: Tramp ABŞ, Çin və Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı birləşməsini təklif edib

Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Donald Trump Çin lideri Xi Jinping ilə görüşü zamanı ABŞ, Çin və Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı ortaq mövqe sərgiləməsini təklif edib.

Məlumata görə, bu barədə Financial Times iki lider arasındakı danışıqlardan xəbərdar mənbələrə istinadən məlumat yayıb.

Qəzet həmçinin yazır ki, Tramp Çinə son səfəri zamanı bu əməkdaşlıq məsələsini gündəmə gətirib və üç ölkənin Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı ortaq maraqlara malik olduğunu bildirib.

Ağ Ev yayılan məlumatı şərh etməkdən imtina edib. Bununla yanaşı, xəbərdə qeyd olunur ki, Vaşinqton daha əvvəl də Beynəlxalq Cinayət Məhkəməsini sərt şəkildə tənqid edib.

ABŞ administrasiyası məhkəməni siyasiləşməkdə, səlahiyyət həddini aşmaqda və ABŞ-ın suverenliyini pozmaqda ittiham edib. Məqalədə Pekinin bu təklifə rəsmi münasibət bildirmədiyi də vurğulanıb.

Xatırladaq ki, ötən il fevralın 7-də Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. ABŞ administrasiyası həmin vaxtda da Haaqa məhkəməsini Vaşinqton və onun müttəfiqlərinə, xüsusilə də İsrailə qarşı qanunsuz addımlar atmaqda ittiham etmişdi.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Arabika qəhvəsinin qiyməti son bir ilin minimumuna düşdü

Aynur Camal

Sorğu keçirildi: İnsanların həyatı yaxın 20 ildə necə dəyişəcək?

Aynur Camal

Müharibə kölgəsində kütləvi toy mərasimi keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu