22 C
Baku
25 Aprel 2025, 14:36
Baş xəbərSəhiyyə

Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

Bugun.tv xəbər verir ki, səhhətində yaranan problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Milli Məclisin deputatı Qənirə Paşayevanın reanimasiya şöbəsində müalicəsi davam edir.

AZƏRTAC xəbər verir ki, deputatın səhhəti ilə bağlı məsələlər ilk gündən Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Heydər Əliyev Fondunun əməkdaşları Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Mehriban Əliyevanın tapşırığı ilə Türkiyədən konsultasiyaya cəlb edilmiş həkim mütəxəssisləri ilə daim əlaqədədir. Bakıya dəvət edilmiş türkiyəli həkimlə yanaşı, mütəmadi olaraq qardaş ölkədə olan digər həkimlərlə də videobağlantı formatında məsləhətləşmələr aparılır.

Növbəti konsilium zamanı Qənirə Paşayevanın səhhəti ilə bağlı vəziyyət bir daha dəyərləndirilib. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəraitində tələb olunan müalicə protokollarına yeni dərmanlar da təyin edilib.

Bugün TV

Oxşar xəbərlər

“Nur” klinikası təcrübəli həkimlərlə fəaliyyətini davam etdirir

Aynur Camal

40 dan çox insanın ölümünə səbəb olan qəza baş verib-VİDEO

Aynur Camal

Təkrar emal fabrikində baş verən yanğın söndürülüb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu