Meksika iğtişaşları, El Mencho ölümü, Jalisco karteli, Meksikada silahlı toqquşma, Omar García Harfuch açıqlama, kartel zorakılığı, 73 nəfər həlak, Meksika təhlükəsizlik əməliyyatı.
İqtisadiyyat

Meksikada baş verən iğtişaşlarda ölənlərin sayı 73-ə çatdı

Meksikada “Jalisco Yeni Nəsil Karteli”nin lideri, ölkənin ən çox axtarılan narkobaronlarından biri olan Nemesio Oseguera Cervantesin (El Mencho) öldürülməsindən sonra başlayan zorakılıqlarda ölənlərin sayı 73-ə yüksəlib.

Yerli mətbuatın məlumatına görə, başda Jalisco ştatı olmaqla bir neçə bölgədə kartel üzvlərinin törətdiyi silahlı toqquşmalar davam edir.

Hadisələr nəticəsində indiyədək 25-i təhlükəsizlik əməkdaşı olmaqla ümumilikdə 73 nəfər həyatını itirib. Hücum zamanı yaralanan 15 təhlükəsizlik əməkdaşının vəziyyətinin ağır olduğu bildirilir.

Omar García Harfuch, ölkənin Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri, təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb və əhalini sakit olmağa çağırıb. Onun sözlərinə görə, yolların böyük hissəsi yenidən açılıb, təhlükəsizlik qüvvələri nəzarəti bərpa edib və ölkədə həyat tədricən normallaşır.

Bununla yanaşı, sosial şəbəkələrdə yayılan görüntülərdə müxtəlif ştatlarda yolların bağlanması, avtomobillərin yandırılması və təhlükəsizlik qüvvələrinə hücumların davam etdiyi görünür.

Məlumata əsasən, hökumət zorakılığın intensivləşdiyi bölgələrə 10 min hərbçi göndərib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Qazaxıstan Mərkəzi Asiyanın macəra turizmi mərkəzinə çevrilmək istəyir

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb – Vüqar Bayramov

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu