Meksikanın Oaxaca və Puebla ştatlarını birləşdirən magistral yolda qırğına bənzər qəza baş verib. Beton qarışdıran, avtobus və mikroavtobusun toqquşması nəticəsində 21 nəfər həyatını itirib.
Meksikanın Puebla əyalətində Kuaknopalan-Oaxaca avtomobil yolunda beton qarışdıran maşın dağıntılar törədib.
Yerli media bildirir ki, betonqarışdıran maşını ötmək istəyərkən qarşı zolağa keçib, avtobusu, daha sonra mikroavtobusa çırpılıb, xəndəyə yuvarlanıb və yanğın başlayıb.
Magistral yolu döyüş meydanına çevirən qəzadan sonra əraziyə çoxlu təcili yardım və xilasetmə qrupları göndərilib.
Puebla ştatının daxili işlər naziri Samuel Aqilar sosial mediada ən azı 21 nəfərin həyatını itirdiyini, yaralıların xəstəxanalara aparıldığını açıqlayıb.
Mənbə: HurriYet