Şeynbaum Meksikanın ilk qadın prezidenti olmağa hazırlaşır.
Meksikada keçirilən prezident seçkilərində 61 yaşlı Klaudiya Şeynbaum liderlik edir. Qutuların 41 faizindən çoxunun açıldığı seçkinin ilk nəticələrinə görə, Milli Yeniləşmə Hərəkatının (MORENA) qadın namizədi və Mexiko şəhərinin keçmiş meri Klaudiya Şeynbaum “uzaqdan” qalib gəlir. O prezident seçkilərində 57,33 faiz səs toplayıb.
İkinci yerdə Meksikanın namizədi və keçmiş Hidalqo meri Xochitl Galvez 29,84 faiz, keçmiş deputat Xorxe Alvares Maynes isə 10,48 faizlə üçüncü yerdədir.
Exit-poll nəticələrinə görə, Şeynbaumun seçkilərdə qalib gələcəyi gözlənilir. Meksika mətbuatı Şeynbaumu qalib elan edib.
Şeynbaum seçkilərdə qalib gəlsə, ölkə tarixində ilk qadın prezident olacaq.
Seçkidə iştirakın 57 faiz olduğu qeydə alınıb.
Meksikanın yeni prezidenti oktyabrın 1-də hazırkı prezident Andres Manuel Lopez Obradordan vəzifəsini icra edəcək.
Mənbə: TrtHaber