25 C
Baku
27 İyul 2024, 4:28
Dünya

Meksikanın ilk qadın prezidenti kim olacaq?

Şeynbaum Meksikanın ilk qadın prezidenti olmağa hazırlaşır.

Meksikada keçirilən prezident seçkilərində 61 yaşlı Klaudiya Şeynbaum liderlik edir. Qutuların 41 faizindən çoxunun açıldığı seçkinin ilk nəticələrinə görə, Milli Yeniləşmə Hərəkatının (MORENA) qadın namizədi və Mexiko şəhərinin keçmiş meri Klaudiya Şeynbaum “uzaqdan” qalib gəlir. O prezident seçkilərində 57,33 faiz səs toplayıb.

İkinci yerdə Meksikanın namizədi və keçmiş Hidalqo meri Xochitl Galvez 29,84 faiz, keçmiş deputat Xorxe Alvares Maynes isə 10,48 faizlə üçüncü yerdədir.

Exit-poll nəticələrinə görə, Şeynbaumun seçkilərdə qalib gələcəyi gözlənilir. Meksika mətbuatı Şeynbaumu qalib elan edib.

Şeynbaum seçkilərdə qalib gəlsə, ölkə tarixində ilk qadın prezident olacaq.

Seçkidə iştirakın 57 faiz olduğu qeydə alınıb.

Meksikanın yeni prezidenti oktyabrın 1-də hazırkı prezident Andres Manuel Lopez Obradordan vəzifəsini icra edəcək.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp bu gün məhkəmə qarşısına çıxarılacaq

Nigar Məmmədova

Sanksiya qərarı səsləri yüksəltdi

Kəmalə Sultan

İnternetdə iki “yadplanetli” mumiya müzakirə olunur (foto)

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu