Dünya

Meloni Trampa cavab verdi: Fikrimi dəyişmirəm

İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampla arasında yaranan “şəkil çəkdirmə” qalmaqalı ilə bağlı növbəti dəfə açıqlama verib.

Meloni bildirib ki, Trampın onun G7 sammitində birgə foto çəkdirmək üçün yalvardığı barədə dedikləri onu təəccübləndirib, lakin bu məsələni daha da böyütmək niyyətində deyil.

Roma şəhərində keçirilən tədbirdə çıxış edən Meloni, əvvəlki açıqlamalarının arxasında dayandığını vurğulayaraq, “Fikrimi dəyişmirəm, tamam? İtaliyanın xarici siyasəti son 80 ildə necə olubsa, bundan sonra da elə davam edəcək” deyib.

Baş nazir qeyd edib ki, İtaliya ilə ABŞ arasında münasibətlər uzunmüddətli əməkdaşlığa əsaslanır və sosial şəbəkələrdə yaranan mübahisələr bu əlaqələri dəyişdirə bilməz. Meloni həmçinin ABŞ və İran arasında aparılan danışıqlarla bağlı nikbin olduğunu bildirib və Hörmüz boğazında mümkün beynəlxalq missiyaya dəstək verməyə hazır olduqlarını söyləyib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu