Baş xəbərHadisə

Mersində 18 mərtəbəli binada yanğın baş verib

Bugun.tv xəbər verir ki, Mersinin Yenişehir rayonunda 18 mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzildə baş verən yanğın nəzarətə götürülüb. 50. Yıl məhəlləsində 18 mərtəbəli binanın sonuncu mərtəbəsində Suriya əsilli H.S.-yə məxsus mənzildə hələ naməlum səbəbdən yanğın baş verib. Evdəki saunada başladığı ehtimal edilən yanğın qısa zamanda bütün yaşayış evinə yayılıb. Xəbərdarlıq üzərinə 112 Təcili Tibbi Yardım, polis və Böyükşəhər Bələdiyyəsinin xilasetmə briqadaları əraziyə yönəldilib.

TRT Haber-in məlumatına görə, Hadisə yerinə gələn qruplar tərəfindən ehtiyat tədbiri olaraq təxliyə edilən bina sakinlərinin bəziləri ev heyvanlarını qucağında gəzdiriblər. Yanğınsöndürənlərin uzun səyi nəticəsində alov nəzarətə götürülüb. Müdaxilə əsnasında bəzi yanğınsöndürənlər tüstüdən təsirləndi. Zədələnmiş mənzildə soyutma işləri davam edir.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi

Aynur Camal

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

Aynur Camal

Son illərin ən güclü zəlzələsi: Ölənlərin sayı 164 nəfərə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu