23 C
Baku
21 İyul 2024, 17:13
Dünya

Meşə yanğınından 1200 nəfər təxliyə edilib

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığında meşə yanğınının sürətlə yayılması nəticəsində 1200 nəfərin təxliyə edildiyi bildirilib. Kaliforniya Yanğınsöndürmə İdarəsinin verdiyi açıqlamada, Los-Anceles şəhəri yaxınlığında baş verən meşə yanğınının 12 min hektardan çox əraziyə yayıldığı bildirilib.

Açıqlamada yanğından zərər çəkmiş yaşayış massivlərində 1200 nəfərin təxliyyə edildiyi bildirilib, yanğının yayıldığı ərazilərdə yanğınsöndürmə briqadalarının olduğu qeyd edilib.

Yanğının səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.

Bu arada açıqlamada yüksək hava istiliyinin və aşağı rütubətin davam edəcəyi bildirilib və mümkün yeni təxliyə qərarlarının verilə biləcəyi ilə bağlı ictimaiyyətə xəbərdarlıq edilib.

Güclü külək və rütubət səbəbindən Los-Anceles Milli Hava Xidməti tərəfindən “qırmızı xəbərdarlıq” edilib.

Mənbə: Haber Global

Kəmalə Sultan

Oxşar xəbərlər

Ayın səthinə enəcək “Vulkan Kentavr” zondu kosmosa buraxıldı

İntizar Əmirova

Brent markalı neftin bir barreli 74,08 dollara satılır

Aynur Camal

ABŞ-ın Yaxın Şərqdəki bazasına hücum zamanı yaralananların sayı 34-ə çatdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu