Argentinanın cənubundakı Pataqoniya bölgəsində bir müddətdir təsirli olan meşə yanğınları nəticəsində 20 min hektar ərazinin zərər gördüyü bildirilib. Argentinada çıxan xəbərə görə, ölkənin əhəmiyyətli turizm bölgələrindən biri olan Pataqoniyada iki milli parkda başlayan meşə yanğınları 20 min hektar sahədə təsirli olur.
Səlahiyyətlilər tərəfindən edilən açıqlamada turizm şəhərlərindən biri olan El Bolsonda indiyə qədər 2 min 800 hektar ərazinin külə döndüyü və 80 yaşlı bir insanın həyatını itirdiyi bildirilib. Açıqlamada yanğına havadan və qurudan müdaxilə edildiyi, Milli Yanğın İdarəetmə Xidmətinə məxsus hidrant təyyarəsi və iki helikopterin də söndürmə işlərinə dəstək verdiyi bildirilib.
Açıqlamada ölkənin cənubundakı Neuken, Rio Neqro və Çubut əyalətlərində meşə yanğınlarının davam etdiyi, Nahuel Huapi Milli Parkında minlərlə hektar meşə sahəsinin yanaraq külə döndüyü bildirilib.
Açıqlamada güclü külək və yüksək temperatur səbəbiylə alovu idarə etməyin çətin olduğu vurğulanıb və Çubut vilayətinin Epuyen qəsəbəsində 70 evin yandığı paylaşılıb.
Argentinada hər il minlərlə hektar meşə sahəsi iqlim dəyişikliyi və insan məsuliyyətsizliyi səbəbindən yoxa çıxır.
Mənbə: EnSonHaber