Baş xəbərHadisə

Meşə yanğınına havadan müdaxilə yenidən başladı

Bugun.tv xəbər verir ki, Əskişəhərin Seyitqazi rayonunda əkinçilik sahəsində baş verən yanğın meşəyə sıçrayıb. Dünən günorta saatlarında Kümbet və Playaş çöl məhəllələri arasındakı ərazidə saman bağlama maşınından qığılcım sıçraması ilə başlayan yanğına Eskişehir Meşə Region Müdirliyi, ətraf şəhərlətdən gələn xilasetmə qrupları və qeyri-hökumət təşkilatlarına bağlı qruplar müdaxilə edib. Hava işləri axşam saatlarında dayandırıldıqdan sonra səhərin ilk işığında 4 helikopterlə alovların aşkar edildiyi yerlərə su buraxılmağa başlanıb. Yanğın bölgəsində 2 riskli nöqtəyə helikopterlərlə su buraxıldığı bildirilib.

TRT Haberin məlumatına görə, mühasirəyə alındığı öyrənilən yanğın bölgəsində qruplar alovları idarə etmək üçün mübarizə aparır.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

“İsrail və İran daxilindəki qüvvələr ABŞ-İran razılaşmasına qarşı çıxır”

Aynur Camal

Ceyhun Məmmədov Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Aynur Camal

15 İyun – Azərbaycanın xilası və inkişaf yolunun başlanğıcı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu