Yunanıstanda təyyarə qəzaya uğradı
Baş xəbərHadisə

Meşə yanğınlarının yaşayış məntəqələrinə keçmə ehtimalı var

Bugun.tv xəbər verir ki, İtaliyanın cənubundakı Siciliya adasında dünən axşam saatlarında başlayan və gecə boyu davam edən meşə yanğınlarının bəzi yerlərdə yaşayış məntəqələrinə keçmə təhlükəsi yaradıb.

İtaliyanın ANSA agentliyinin xəbərində, Palermo şəhərinin Brankaççio hissəsindəki skrab sahəsində başlayan yanğının narahatlıq doğurduğu və bəzi sakinlərin evlərini tərk etməli olduğu bildirilib.

Xüsusilə Palermo əyalətinin Altofonte, Gratteri, Gibilrossa, Misilmeri, Piana degli Albanesi, Torretta və Prizzi qəsəbələrində yanğınlara müdaxilələrin davam etdiyi bildirilib.

Qeyd olunub ki, Qratteridəki ibtidai və orta məktəblərdə yanğınlar səbəbindən tədris dayandırılıb.

Yanğınlara qurudan və havadan yanğınsöndürən təyyarələr və könüllülərin köməkliyi ilə müdaxilə edilib.

İtaliya Mülki Müdafiə Agentliyi də Siciliyadakı yanğınlarla əlaqədar adanın şərqində Messina, şimalda Palermo və qərbdə Trapanidə “qırmızı təhlükə” elan edib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Fransada və İspaniyada meşə yanğınları: Bordo yaxınlığında 4 minə yaxın insan təxliyə edildi

Aynur Camal

FİFA Dünya Kuboku kommersiya hüquqlarının satış planına görə tənqid olunur: “Futbolun ruhu satılır”

Aynur Camal

Rza Pəhləvi: “Rejim dəyişikliyinə çox yaxınlaşmışıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu