İdman

Messi dünya rekordunu təkrarlayıb

Lionel Messi DÇ-2022-də ilk oyununa çıxmaqla dünya rekordunu təkrarlayıb.

Bugun.tv-nin  məlumatına görə, Argentina yığmasının hücumçusu Səudiyyə Ərəbistanı ilə hazırda davam edən qarşılaşmaya start heyətində çıxıb.

Bu, Lionelin iştirak etdiyi 5-ci dünya çempionatıdır. Cənubi amerikalı bu göstəricidə rekorda şərik çıxıb.

Messi 5 mundialda meydana çıxan 5-ci oyunçudur. Ona qədər Antonio Karvaxal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya) və Canluici Buffon (İtaliya) buna nail olub.

Qeyd edək ki, Messi 2006, 2010, 2014 və 2018-ci illərdə də mundialda meydana çıxıb. Eyni çempionatların iştirakçısı olan Kriştiano Ronaldo da Qətərdə meydana çıxmaqla rekorda şərik çıxmaq imkanına malikdir.

Bugün TV

Oxşar xəbərlər

Dünya Kuboku festivalı hava şəraitinə görə dayandırıldı

Aynur Camal

Messi zədədən qayıdışını qolla qeyd etdi

Aynur Camal

Dünya Kuboku başlamadan qalmaqalla üzləşdi: Viza böhranı gündəmdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu