Pakistanın Pəncab əyalətində güclü tufan və leysan həyatı iflic edib. Ağacların aşmasına, küçələri su basmasına səbəb olan fırtınada 8 nəfər həyatını itirib, 40 nəfər yaralanıb.
Pakistanın Pəncab əyaləti təbii fəlakətlə üzləşib. Güclü yağış və tufan bir çox rayonlarda həyatı iflic edib. Ştatda bir çox evə ziyan vuran şiddətli tufan və yağış səbəbindən gündəlik həyat dayanıb.
Ağacların aşdığı əyalətdə küçələri su basarkən tufan nəticəsində 8 nəfərin öldüyü, 40 nəfərin yaralandığı qeyd edilib.
Ölkənin bir çox bölgəsinə təsir edən güclü yağış və tufan nəticəsində Xuşab bölgəsində avtomobilini ildırım vurması nəticəsində iki qardaş həyatını itirib, atası isə yaralanıb.
Ştatın Qucranvala bölgəsində evlərinin damının və divarlarının uçması nəticəsində biri qız olmaqla 3 nəfər həyatını itirib. Dera İsmayıl Xan adlı pakistanlının evinə ildırım düşməsi, Bəşir adlı şəxsin isə tarlada işləyərkən öldüyü açıqlanıb.
Vəzirabad şəhərində isə güclü külək nəticəsində motosiklet sürücüsünün qəza törətdiyi və hadisə yerində öldüyü qeydə alınıb. Bildirilib ki, ildırım vurması nəticəsində dəyəri bir milyon rupi olan 10-dan çox iribuynuzlu heyvan tələf olub.
Digər tərəfdən Pakistan Meteorologiya İdarəsi ölkə daxilində hava istiliyinin azalacağı, bəzi bölgələrdə güclü leysan və tufanların təsirli olacağı xəbərdarlığını etmişdi…
Mənbə: TGRT