27 C
Baku
27 İyul 2024, 10:31
Dünya

İsrail 245 gündür hücumlarını davam etdirir

İsrailin 245 gündür hücumlarını həyata keçirdiyi Qəzzada ölənlərin sayı 36 min 731-ə yüksəlib.

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 77 nəfər artaraq 36 min 731-ə çatıb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 245 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son gündə Qəzzanın müxtəlif bölgələrində 8 “qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 77 fələstinlinin həyatını itirdiyi, 221 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 36 min 731-ə, yaralıların sayının isə 83 min 530-a yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də qeyd edilib.

Mənbə: Ahaber

İntizar Əmirova

Oxşar xəbərlər

Ruslar Xarkovdakı Episentri vurdular, ölənlər və yaralılar var

Aynur Camal

Rusiya Barak Obamaya sanksiya tətbiq etdi

Aynur Camal

Prezident seçkilən Şevket Mirziyoyev vəzifəsinin icrasına başladı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu