11 C
Baku
20 Mart 2023, 23:09
Baş xəbərSosial

“Metro və avtobusların intervalından razısınızmı?”– SORĞU+FOTO+VİDEO

Bugun.tv əməkdaşları şəhərdə sorğu keçirib və sərnişin nəqliyyatından yararlanan sakinlərə gündəlik istifadə etdikləri avtobus və metro qatarlarının intervalından razı qalıb-qalmadıqları ilə bağlı sual verilib.

Cavablar isə belə olub: “Bəzən hə, bəzən yox. Tələsəndə sərf etmir”. “Elə stansiyalar var ki, məsələn, “Xətai”, “Dərnəgül”ə gedəndə, iş çıxışı vaxtları sərf etmir. Evə gec çatırıq”, “Xeyr, narazıyam. Ən əsas da avtobuslardan. Gec gəlirlər. Bu səbəbdən də sıxlıq çox olur”, “Avtobuslarda vəziyyət çox pisdi. Saatlarla gözləyirik. Vaxtında getməli olduğumuz yerə çata bilmirik”, “Şəhərətrafı, kənd, qəsəbələrdə vəziyyət daha da pisdir. Qiymətlər çox bahadır, intervaldan isə danışmağa dəyməz. Sürücülər avtobusu kefləri istədiyi kimi sürürlər”, “Xeyr, qane etmir. Sürücülər anlayışsızdır”,- deyərək, münasibətlərini bildiriblər.

Müxbir: Qaytən Qasımzadə

Operator: Salman Salmanov

Oxşar xəbərlər

Din xadimləri Şəhidlər Xiyabanını ziyarət edib

Aynur Camal

Hava haqqında məlumat

Aynur Camal

“Ukraynaya Krımı geri almağa yardım etməyə qərarlıyıq”

Aynur Camal

Şərh yazın