Baş xəbərSosial

Metro və avtobuslarda gediş haqları artdı

Tarif Şurasının 31 yanvar 2023-cü il tarixində növbəti iclası keçirilib. Daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb. İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Bugun.tv xəbər verir ki, müzakirələrdən sonra metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik olub. Ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).

Nigar Məmmədova

Oxşar xəbərlər

Hərbi Prokurorluq: Qaradağlı soyqırımını törətməkdə təqsirli bilinən şəxslərin axtarışları davam etdirilir

Aynur Camal

Yol qəzası: 1 nəfər öldü, 4 nəfər yaralandı

Teymur Əziz

Yazgül Abdiyeva Qadın Liderləri Zirvəsi 2025”-də iştirak etdi – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu