9 C
Baku
23 Dekabr 2024, 3:20
Digər

Meymunçiçəyi laboratoriyada yaradılmayıb? İddialar təkzib edildi.

Avropada meymun çiçəyi hadisələri ortaya çıxmağa başlayandan bəri, bu virusun Covid-19 pandemiyasının davamı olduğu sosial şəbəkələrdə paylaşılmaqdadı. Bu ümumi qorxu, yenidən hərəkət məhdudiyyətləri kimi “meymunçiçəyi karantini ” və “meymunçiçəyi tiranlığı” iddialarını irəli sürülməsinə səbəb olur. Lakin elm adamları bu virusun koronavirus kimi olmadığını, yəni epidemik xəstəlik kimi yayılma xüsusiyyətinin mümkünsüzlüyünü düşünürlər:

“Onu sağaltmaq Covid-dən daha çətindir, bizdə artıq peyvəndlər və müalicələr var. Bu da biz həkimlər üçün xəstəliyi aşkar etməyi və ya azaltmağı asanlaşdırır.”

Ekspertlər hesab edirlər ki, bu xəstəliyin laboratoriyadan yayılmasına aid heç bir sübut yoxdur.

Dünyada sosial şəbəkələrdə müxtəlif iddialar var:

Məsələn, mövcud meymunçiçəyi epidemiyasının qəsdən planlaşdırıldığı, bu virusun əslində meymunlarda deyil, gəmiricilərdə tapıldığı güman edilir.

Oksford Universitetinin Pandemiya Elmləri Mərkəzinin direktoru professor Peter Horbi deyir ki, “kütləvi qapanmalar və ya məhdudiyyətlər həll yolu deyil. Bunun əvəzinə, bütün təcridlər və peyvəndlər artıq hazırda yoluxmuş insanlara və ya onların yaxın təmaslarında olanlara yönəldirilməlidir.”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Proqramından Dr. Rosamund Lewis isə insanlara səyahət məhdudiyyətlərini tövsiyə edir.

Aynur Camal

Oxşar xəbərlər

Ş.Kazımlı: “Yük daşımalarında sığorta vacibdir”

Nigar Məmmədova

Sumqayıtda avtomobildən 1800 manat oğurlandı

Könül Kərimova

103 yaşlı qadın uzunömürlülüyün sirrini açır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu