Siyasət

İtaliya səfiri: NATO Rusiyanın statusunu dəyişəcək

Bugün.tv xəbər verir ki, İtaliyanın NATO-dakı səfiri Françesko Mariya Talo bildirib ki, NATO-nun yeni strategiyasında Rusiya alyansın tərəfdaşı kimi göstərilməyəcək. Onun sözlərinə görə, yeni strategiyaya alyansın “maraqlar zonasına aid olan” Çin də daxil olacaq.
“Biz əvvəlki sənəddə tərəfdaş hesab edilən Rusiyanın statusunu düzəldəcəyik və buraya Çini də daxil edəcəyik”- səfir bildirib.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq “Konsepsiyada “daha ​​aqressiv” Moskvaya qarşı hərbi mövqenin gücləndirilməsinə xüsusi diqqət yetiriləcək- deyə qeyd etmişdi.
Hazırkı NATO Strateji Konsepsiyası 2010-cu ildə təsdiq edilib. Orada Rusiya alyansın tərəfdaşı kimi göstərilir. Cənab Talonun fikrincə, NATO “qlobal polis” olmaq istəmir və olmayacaq, əksinə, alyans regional xarakterini tamamilə qoruyub saxlayır.
“Lakin Pekin böyüməsi ilə bizim maraq zonamıza daxil olur və bizi nəticələri qiymətləndirməyə sövq edir”- deyə o vurğulayıb.
.

Bugün TV

Oxşar xəbərlər

Kadırovun istefa vermək çıxışına Kremldən AÇIQLAMA – VİDEO

Aynur Camal

Türkiyə prezidenti olaraq kimi görmək istəyirsiniz? – SORĞU + FOTO + VİDEO

Bugün TV

T.İsmayılov: “Ermənistanın Rusiyanı Haaqa məhkəməsinə çıxardacaq bir gücü yoxdur”-ŞƏRH

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu