Baş xəbərDünya

Miçaunq qasırğasının yaratdığı güclü yağışlar nəticəsində 8 nəfər öldü

Bugun.tv xəbər verir ki, Hindistanın cənubunda Miçaunq siklon qasırğasının səbəb olduğu güclü yağış və daşqınlar nəticəsində 8 nəfər həyatını itirib. Hindustan Times-ın məlumatına görə, səlahiyyətlilər tərəfindən verilən açıqlamada Andhra Pradeş və Tamil Nadu ştatlarının müxtəlif bölgələrində yağan güclü yağışların daşqınlara səbəb olduğu bildirilib.

TRT Haber-in məlumatına görə, açıqlamada, sürəti saatda təxminən 100 kilometrə çatan Miçaunq siklon fırtınasının səbəb olduğu davamlı leysan yağışlar səbəbiylə Tamil Nadu əyalətinin paytaxtı Çennayda 8 nəfərin həyatını itirdiyi bildirilib. Tamil Nadunun baş naziri M.K.Stalin də siklon fırtınasından zərər çəkmiş ərazilərə baş çəkib və oradakı insanlara ərzaq paylayıb. Miçaunq siklon qasırğası səbəbindən Tamil Nadu ştatında riskli ərazilərdə yaşayan insanlar təxliyə edilib, məktəblərdə və hökumət binalarında fəaliyyətlər dayandırılıb. Fırtınanın yaratdığı güclü yağışlar nəticəsində tikilməkdə olan divarın uçması nəticəsində Çennai və ətraf bölgələrdə də məktəblər, hökumət binaları və banklar bağlanıb, 2 nəfər ölüb.

Bugün TV

Oxşar xəbərlər

Filarmoniyada “Mərhəmət Gecəsi” keçirildi

Aynur Camal

İran dövlət televiziyası: İsrailə yeni raket hücumu dalğası başladılıb

Aynur Camal

Prezident İlham Əliyev İran səfirliyində başsağlığı verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu