Dünya

“Microsoft”u külli miqdarda cərimə gözləyir

Avropa İttifaqının (Aİ) tənzimləyici orqanları “Microsoft” korporasiyasına qarşı antiinhisar qanunlarını pozduğuna görə ittiham irəli sürməyə hazırlaşırlar.

Avropa Komissiyası (AK) Amerika İT nəhənginə qarşı monopoliya yaratmaqda ittiham olunur. Səbəbkar kimi mesajlaşma, video zənglər və sənədlər üzərində birgə iş üçün nəzərdə tutulan “Teams” korporativ servisi göstərilir.

Brüsseldə hesab edirlər ki, “Teams” oxşar xidmətlər üçün bazarda rəqabəti pozur, çünki tətbiq “Windows” əməliyyat sistemi və “Microsoft”un digər məhsulları ilə sıx inteqrasiya olunub. Servis, həmçinin istifadəçi məlumatlarının başqa platformalara ötürülməsinin qarşısını alır. Əgər “Microsoft”un günahı sübuta yetirilərsə, korporasiya qlobal illik dövriyyənin on faizinə qədər böyük məbləğdə cərimə ödəməli olacaq.

Qeyd edək ki, ötən ay tənzimləyici yoxlamalardan yayınmaq istəyən “Microsoft”, “Teams”i “Office” proqram paketindən ayırıb. Məlumata görə, rəsmi ittiham bir neçə həftə ərzində irəli sürülə bilər.

Xatırladaq ki, 2013-cü ildə Aİ “Windows” istifadəçilərinə “Internet Explorer” brauzerini təklif etdiyi üçün “Microsoft”u 561 milyon avro cərimələyib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Güclü fırtına: on minlərlə abonent işıqsız qaldı

Aynur Camal

Livana hücumlar: ölüm sayı 3400-ü keçdi

Aynur Camal

Putin Rumıniyada yaşayış binasına düşən PUA ilə bağlı iddialara münasibət bildirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu