Sosial

Mikrobioloq hər gün toxunduğumuz ən çirkli əşyanın adını açıqladı

Gündəlik istifadə olunan ən çirkli əşyaların tualet oturacağı və ya qapı tutacaqları olduğu düşünülsə də, mikrobioloqlar bunun tam doğru olmadığını bildirirlər.

Bugun.tv xəbər verir ki, HuffPost nəşrinə danışan mikrobioloq Ceyson Tetro mağazalardakı ödəniş terminallarının PIN-kod düymələrinin ən çox mikrob toplayan səthlərdən biri olduğunu deyib.

Mütəxəssisin sözlərinə görə, bu düymələrə hər gün yüzlərlə insan toxunur və onların hamısı əl gigiyenasına əməl etmir. PIN-kodu daxil edərkən düymələrə edilən təzyiq nəticəsində çoxlu sayda mikroorqanizm əllərə keçə bilər.

Tetro bildirib ki, bu yolla tənəffüs yolu virusları, həmçinin qida zəhərlənmələrinə səbəb olan müxtəlif bakteriyalar insandan insana ötürülə bilər.

Mikrobioloq əlavə edib ki, mağazalarda istifadə olunan alış-veriş arabalarısəbətlər də yüksək səviyyədə çirklənən əşyalar sırasındadır. O, alış-verişdən sonra əllərin yuyulmasını və ya dezinfeksiyaedici vasitələrdən istifadə edilməsini tövsiyə edib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Təzə paltar qoxusu insanları ikinci əl mağazasında daha çox xərcləməyə vadar edir

Aynur Camal

2026-cı ilin payız modasında hansı rənglər və geyimlər üstünlük təşkil edəcək?

Aynur Camal

Kabab soyuducuda nə qədər saxlanıla bilər?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu