Baş xəbər

Millət vəkili Elnarə Akimova şəhid ailəsini ziyarət edib – FOTO

Bugun.tv xəbər verir ki, Millət vəkili Elnarə Akimova şəhid ailəsinə ziyarəti barədə özünün facebook hesabında məlumat verib:

“Dünən II Qarabağ müharibəsinin şəhidi Şirbala Hüseynovun ailəsinin evində olduq. Şirbala Hüseynov mənim deputat seçildiyim ərazinin, Hacı Zeynalabdin qəsəbəsinin ilk şəhididir. 2020-ci ilin, oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Özü də yaxın dostu, hərbi qulluqçu, kapitan Həmidağa Hüseynzadə ilə eyni gündə şəhid olublar. Evdə şəkilləri də bir yerdə yanaşı qoyulub bu iki dostun.

Şirbala Hüseynov peşəkar zabit olub. Ailəsi – atası Hüseynbala müəllim, anası Həcər xanım, qardaşı Samir bəy onun hərbə marağından, uşaqlıq və gənclik xatirələrindən, vətən sevgisindən o qədər maraqlı söhbətlər elədilər ki, sanki gözəl bir hərb romanının içindəymişəm kimi hiss etdim özümü. Bizim yazıçılara müharibə mövzulu əsər yazmaq üçün elə bu qəhrəmanların ömür hekayətləri ilə tanışlıq bəs edər, məncə. Hər birinin həyatı bir romanın predmeti ola biləcək qədər zəngin material verir.

Şirbala Hüseynov kimi qəhrəman oğulları yetişdirən analar var olsunlar! Sayqımız sonsuz, ehtiramımız tükənməzdir. Şəhidlərimizin zirvədəki məqamları isə əbədidir! Allah vətənimizin azadlığı uğrunda həlak olan bütün igidlərimizə rəhmət eləsin”!

Aynur Camal

Oxşar xəbərlər

“Ermənistan ordusu Azərbaycan mövqelərini 3-cü dəfə atəşə tutub”

Aynur Camal

Türkdilli dövlətlərin jurnalistləri qardaş ölkəyə səfər ediblər – FOTO

Bugün TV

Ərdoğan etiraf edib ki, Türkiyə İsrailin növbəti hədəfi ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu