9 C
Baku
27 Dekabr 2024, 4:51
Baş xəbər

Milli əmək bazarı üzrə göstəricilər təkmilləşib

Əmək bazarının yeni çağırışlara uyğun davamlı inkişafına yönələn ardıcıl islahatlar vətəndaşların məşğulluq imkanlarının artırılması, əmək və sosial hüquqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə yanaşı, ölkəmizin nüfuzlu beynəlxalq reytinqlərdə əmək bazarı üzrə göstəricilərinin daha da yaxşılaşmasına imkan verib.

Əmək münasibətlərində bərabər yanaşmanın təmini və ayrı-seçkiliyə, uşaq əməyinin istismarına və məcburi əməyə, məzuniyyət hüququndan istifadənin məhdudlaşdırılmasına yol verilməməsi, minimum əməkhaqqından az haqq ödənilməməsi, əməyin mühafizəsi və təhlükəsizliyi, əmək müqaviləsinin, iş vaxtının müddətləri və bu kimi digər vacib müddəalar əmək qanunvericiliyində təsbit edilib.

Eyni zamanda, gender bərabərliyinin təmin edilməsi ölkənin əmək qanunvericiliyində xüsusi yer tutur. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, habelə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun təklifləri əsasında qadınların əmək bazarında iştirak imkanlarının artırılması üçün qanunvericilikdə qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirmələr də aparılıb. Biznes reytinqləri baxımından əmək münasibətləri və məşğulluğa dair milli qanunvericilikdə əksini tapan bir sıra vacib məsələlərlə emek-munasibetleri-ve-mesgulluga-dair-qanunvericilikde-vacib-meseleler linkinə daxil olaraq tanış olmaq olar.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

Hansı qan qrupu olan uşaqlar daha istedadlıdırlar?

Aynur Camal

Ötən gündə baş verən cinayətlərin xülasəsi

Aynur Camal

Ombudsman dünya ictimaiyyətini terrorizmlə mübarizədə fəal olmağa çağırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu