27 C
Baku
27 İyul 2024, 3:43
Baş xəbərSiyasət

Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə-partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda dinləmə keçirildi

Bugun.tv xəbər verir ki, millət vəkili Vüqar Bayramov öz sosial hesabında növbəti paylaşımını edib. O, Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə-partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda dinləmə keçirildiyini vurğulayıb.

” Tədbirdə çıxışım zamanı bildirdim ki, hazırda dünyada 100 milyondan çox partlamamış mina var və ötən il onlardan yalnız 200 mini zərərsizləşdirilib. Deməli, il ərzində dünyada torpaqlara basdırılan minaların cəmi 0.002 faizi təmizlənə bilir. Bu o deməkdir ki, dimayninq (minaların təmizlənməsi) prosesi qlobal xarakter daşıyır və uzun müddət dünyanın əsas problemləri sırasında olacaq. Bu baxımdan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “mi­nasız dünya” məqsədinin elan edilməsi təşəbbüsü qlobal aktuallıq kəsb edir. Bu istiqamətdə də beynəlxalq səylərin sistemləşdirilməsi olduqca vacibdir. Hazırda Azərbaycanda minalar ilə ən çox çirklənmiş ölkələrdən hesab olunur. Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan ərazisində 1.5 milyona yaxın mina basdırılıb və onların tam təmizlənməsi bir neçə dekada tələb edə bilər.

Ermənistan tərəfindən minalar ilə çirklənmə Azərbaycan üçün xüsusi iqtisadi xərc də yaradır. Bir tərəfdən, minalardan təmizlənmə hər il büdcədən vəsiat tələb edir, digər tərəfdən isə minalar ərazilərimizin iqtisadi dövriyyəyə tam qaytarılmasına əngəl olur. İşğaldan azad oluna ərazilərimizin ÜDM-in 8 faizinin formalaşdırmaq potensialını nəzərə alsaq Qarabağda minaların təmizlənməməsi Azərbaycan iqtisadiyyatı üçün 10 milyard manat itki deməkdir.

Eyni zamanda qeyd etdim ki, minatəmizləyənlər həyatı baxımdan məsuliyyətli və şərəfli fəaliyyət həyata keçirirlər. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işinin gücləndirilməsi fonunda minatəmizləyənlərə də xüsusi güzəştlərdən istifadə hüququnun verilməsi məqsədəuyğun olardı.

Əvəlla, mənzil təminatının yaxşılaşdırılması üçün minatəmizləyənlərə də sosial ipotekadan istifadə hüququnun verilməsinə məqəsədə uyğundur. Belə ki, güzəştli ipotekadan istifadə etmək hüququ minatəmizləyənlərin aşağı fazili kreditlər ilə ev almasına imkan yarada bilər.

İkincisi, Əmək pensiyaları haqqında Qanununun 9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən minatəmizləyənlərə də güzəştli, yəni daha tez pensiyaya çıxmaq hüququnun verilməsini təklif edirik. İş şəraitini və risk dərəcəsini nəzərə aldıqda minatəmizləyənlərə daha tez pensiya yaş hüququnun verilməsi məqsədəuğun olardı.

Üçüncüsü, ANAMA-nın uzun müddət çalışan əməkdaşlarının pensiya kapitalı məbləğinə yenidən baxılması və 22 faizlik sosial sığorta güzəştinin nəzərə alınaraq vəsaitin hesablanmasına ehtiyac var. Belə ki, uzun müddət həmin işçilər üçün 22 faizlik sosial sığorta güzəştinin tətbiq olunması səbəbindən onların pensiya kapitalı məbləği yüksək olmamışdır.

Dördüncüsü, maliyyə imkaları artdıqca ANAMA əməkdaşlarının əmək haqqlarında artırmların davam etdirilməsi vacibdir. Bu minatəmizləyənlərin sosial müdafiəsinin daha da gücləndirilməsi baxımdan əhəmiyyətlidir.  Tədbirdə çıxışım zamanı bildirdim ki, hazırda dünyada 100 milyondan çox partlamamış mina var və ötən il onlardan yalnız 200 mini zərərsizləşdirilib. Deməli, il ərzində dünyada torpaqlara basdırılan minaların cəmi 0.002 faizi təmizlənə bilir. Bu o deməkdir ki, dimayninq (minaların təmizlənməsi) prosesi qlobal xarakter daşıyır və uzun müddət dünyanın əsas problemləri sırasında olacaq. Bu baxımdan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “mi­nasız dünya” məqsədinin elan edilməsi təşəbbüsü qlobal aktuallıq kəsb edir. Bu istiqamətdə də beynəlxalq səylərin sistemləşdirilməsi olduqca vacibdir. Hazırda Azərbaycanda minalar ilə ən çox çirklənmiş ölkələrdən hesab olunur. Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan ərazisində 1.5 milyona yaxın mina basdırılıb və onların tam təmizlənməsi bir neçə dekada tələb edə bilər.

Ermənistan tərəfindən minalar ilə çirklənmə Azərbaycan üçün xüsusi iqtisadi xərc də yaradır. Bir tərəfdən, minalardan təmizlənmə hər il büdcədən vəsiat tələb edir, digər tərəfdən isə minalar ərazilərimizin iqtisadi dövriyyəyə tam qaytarılmasına əngəl olur. İşğaldan azad oluna ərazilərimizin ÜDM-in 8 faizinin formalaşdırmaq potensialını nəzərə alsaq Qarabağda minaların təmizlənməməsi Azərbaycan iqtisadiyyatı üçün 10 milyard manat itki deməkdir.

Eyni zamanda qeyd etdim ki, minatəmizləyənlər həyatı baxımdan məsuliyyətli və şərəfli fəaliyyət həyata keçirirlər. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işinin gücləndirilməsi fonunda minatəmizləyənlərə də xüsusi güzəştlərdən istifadə hüququnun verilməsi məqsədəuyğun olardı.

Əvəlla, mənzil təminatının yaxşılaşdırılması üçün minatəmizləyənlərə də sosial ipotekadan istifadə hüququnun verilməsinə məqəsədə uyğundur. Belə ki, güzəştli ipotekadan istifadə etmək hüququ minatəmizləyənlərin aşağı fazili kreditlər ilə ev almasına imkan yarada bilər.

İkincisi, Əmək pensiyaları haqqında Qanununun 9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən minatəmizləyənlərə də güzəştli, yəni daha tez pensiyaya çıxmaq hüququnun verilməsini təklif edirik. İş şəraitini və risk dərəcəsini nəzərə aldıqda minatəmizləyənlərə daha tez pensiya yaş hüququnun verilməsi məqsədəuğun olardı.

Üçüncüsü, ANAMA-nın uzun müddət çalışan əməkdaşlarının pensiya kapitalı məbləğinə yenidən baxılması və 22 faizlik sosial sığorta güzəştinin nəzərə alınaraq vəsaitin hesablanmasına ehtiyac var. Belə ki, uzun müddət həmin işçilər üçün 22 faizlik sosial sığorta güzəştinin tətbiq olunması səbəbindən onların pensiya kapitalı məbləği yüksək olmamışdır.

Dördüncüsü, maliyyə imkaları artdıqca ANAMA əməkdaşlarının əmək haqqlarında artırmların davam etdirilməsi vacibdir. Bu minatəmizləyənlərin sosial müdafiəsinin daha da gücləndirilməsi baxımdan əhəmiyyətlidir”- deyə millət vəkili V. Bayramov bildirib.

Teymur Əziz

Oxşar xəbərlər

Uşaq mübahisə edərək anasını bıçaqlayaraq öldürdü

Teymur Əziz

Özünü polis və prokuror kimi təqdim edən dələduz tutuldu

Kəmalə Sultan

Brent markalı neftin bir barelinin qiyməti 82,88 dollardır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu