8 C
Baku
12 Dekabr 2024, 12:31
Baş xəbərSosial

“Milli Məclisə dəfələrlə çıxarılan bu məsələ, sadəcə müzakirə edilməməli, həlli istiqamətində konkret addımlar atılmalıdır”

“Müzakirəyə çıxarılan bu məsələ 40 min qeyri-yaşayış obyektinin çıxarışla təmin olunması ilə bağlıdır. Bura fərdi həyət evləri daxildir”.

Bu sözləri Bugun.tv-yə ekspert Elnur Fərzəliyev bildirib.

O, məsələni belə şərh edib: “Bu gün hərkəsə bəllidir ki, Bakı Abşeronda 500 000 və ondan da çox çıxarış ala bilməyən fərdi həyət evləri var. Lakin bunların hər birinin müxtəlif formada sənədi, bələdiyyə sərəncamı və yaxud sovet döründə bağlar idarəsindən verilən sərəncamlar var. Bu evlərin çoxu 90-cı illərdən əvvəl tikilib. Sovetlər dövləti dağılan zaman işsizliyə görə bölgələrdən Bakı və digər böyük şəhərlərə axın oldu. Sonra isə Birinci Qarabağ müharibəsinə görə insan kütləsi axdı və ev tələbatı səbəbi ilə Bakı və Abşeronda çoxlu tikinti işləri oldu. Və bu gün də davam edir. Lakin biz nəzərə almalıyıq ki, doxsanlardan da əvvəl Bakının elə əraziləri var ki, 100 ildən artıqdır yaşayış massivi kimi tanınır. Yasamal, Sovetski, Papanin, Kubinka, Keşlə kimi tanınan ərazilər də bura daxildir. Buradakı evlərin böyük hissəsinin çıxarışı yoxdur. İlk növbədə düşünürəm ki, keçmişdən qalan bu problemlər aradan qaldırılmalıdır”.

E.Fərzəliyev deyir ki, fərdi həyət evlərində hər kəsin kommunikasiya xətləri var. Yazılan bütün sayğaclar ev sahibinin adına olur və onlara ünvanlar verilir. Bəzilərində isə vətəndaşlar qeydiyyata düşə bilirlər. “Qeyri-yaşayış obyektlərinə nəzər salsaq görərik ki, kommersiya xətləri yaşayış məntəqəsi kimi deyil, qeyri-yaşayış üçün texniki şərtə alınıb. Kassa aparatları quraşdırılıb, vergidən qeydiyyatdan keçib. Yəni, çox sayda qurum artıq çıxarışsız evlərin kimin adına olduğunu bilir və müqavilələr bağlayır. Təbii ki, istənilən halda çıxarış olmaması səbəbi ilə burada daha çox itirən dövlət budcəsidir. Bu məsələlərə bağlı dəfələrlə ölkə başçımız fərman, sərəncam imzalayıb, tapşırıqlar verilib. Lakin buna baxmayaraq, bu proses çox yavaş gedir. Mən çox istərdim ki, Milli Məclisə dəfələrlə çıxarılan bu məsələ, sadəcə müzakirə yox, həlli istiqamətində konkret addımlar atılsın”,- deyə ekspert əlavə edib.

E. Fərzəliyevin sözlərinə görə, ən çox satılan daşınmaz əmlaklar, mənzillər çıxarışı olmayan həyət evləridir. Çünki onların çıxarışı olmadığına və nisbətən şəhərdən kənarda yerləşdiyinə görə qiymətləri çox ucuzdur. Ucuz olduğu üçün axın kütləvi sürətdədir. Lakin çıxarış olmadığına görə buradan vergi tutula bilmir. Yəni əmlakın alqı-satqısı zamanı mənzillərin ümumi sahəsindən 30 kvadrat çıxılır. Yerdə qalandan dövlətə vergi ödənilir. Çıxarış olmadıqda isə ödənilmir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanıldı

Kəmalə Sultan

Paytaxta qar yağır

Bugün TV

Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizi ziyarət etdi – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu