Dünya

Milyarder İngiltərə futbol klubunu aldı

Qazaxıstanlı milyarder Mixail Lomtadze Uikomb Uonderers futbol klubunun əksər sahibinə çevrilib. Bu barədə BBC məlumat yayıb.

Lomtadzeyə məxsus Blue Ocean Partners Ltd Wycombe-un 90%-ni alıb. Əməliyyatın məbləği açıqlanmır. Əvvəllər klub amerikalı iş adamı Rob Kouiqə məxsus idi.

Mixail Lomtadze Kaspi.kz texnoloji şirkətinin səhmdarı, direktorlar şurasının üzvü və idarə heyətinin sədridir. 48 yaşlı iş adamının sərvəti təxminən 5,7 milyard dollardır. O, Qazaxıstanın ən zəngin iş adamları siyahısında beşinci, Forbes milyarderlər siyahısında isə 581-ci yerdədir.

Wycombe 1887-ci ildə təsis edilib. Klub bütün tarixi boyu İngiltərənin aşağı divizionlarında çıxış edib. Wycombe keçən mövsümü Liqa 1-də (İngiltərə futbolunun üçüncü divizionu) keçirib,  10-cu yerdə isə bitirdi.

Wycombe tarixindəki əsas uğurlar İngiltərə Kubokunun yarımfinalı (2001) və İngiltərə Liqa Kubokunun yarımfinalıdır (2006). 2019/20 mövsümündə Wycombe Liqa 1-in pley-offunu qazandı və tarixində ilk dəfə Çempionluğa yüksəldi, lakin orada möhkəm dayana bilmədi və növbəti mövsüm yenidən Liqa 1-də sona çatdı.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf vəfat edib

Aynur Camal

Modriç “Ən-Nəsr”in təklifini rədd etdi

Nigar Məmmədova

Kahramanmaraşda 4,5 bal gücündə zəlzələ oldu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu