30 C
Baku
19 İyul 2024, 13:19
Baş xəbər

Mingəçevirdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.

Mingəçevir şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası şəhər təşkilatının birgə təşkilatçılığı ilə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev – tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, əbədiyaşar lider” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransda əvvəlcə ulu öndərin ruhu bir dəqiqəlik sükutla yad edildi, həyat və
fəaliyyətindən bəhs edən film nümayiş olunub. Daha sonra çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki,

Azərbaycan tarixinin böyük bir dövrü Heydər Əliyevin adı ilə qırılmaz surətdə
bağlıdır. O, ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında danışaraq
vurğulayıb ki, Mingəçevirin sosial-iqtisadi inkişafında da Heydər Əliyevin çox
böyük xidmətləri olub. Mingəçevir məhz onun dövründə böyük sənaye və
energetika şəhərinə çevrilmişdir.

Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev
“Ümummilli lider Heydər Əliyev dövlətçilik tariximizdə xüsusi xidmətləri olan
tarixi şəxsiyyətdir”, Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər
kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Esmira Cəfərova
“Heydər Əliyev şəxsi keyfiyyətlərə malik olan dövlət xadimidir”, Uşaq Gənclər və
İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva “Heydər Əliyev əməlləri ilə
qəlbimizdə yaşayan əbədiyaşar liderdir”, Mingəçevir İH-nin hüquq şöbəsinin baş
məsləhətçisi Cavid Məmmədov “Müasir Azərbaycanın uğurları ulu öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi inkişaf yolunun davamıdır” mövzularında çıxış
ediblər.

Teymur Əziz

Oxşar xəbərlər

8 nəfərin öldüyü mikroavtobus qəzasında “səhlənkarlıq” və “səhvlər” iddianamədə əksini tapdı

Aynur Camal

AFAD-dan Fələstinə yardım kampaniyası

Bugün TV

Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir 

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu