7 C
Baku
23 Dekabr 2024, 18:45
Sosial

Mingəçevir sakini antisanitariya vəziyyətindən narazılıq edir.

Mingəçevir şəhər, Xurşudbanu Natəvan döngəsi 7, 22B küçəsində yaşayan şəhər sakini Akşin Əhmədov həyətinin yanındakı antisanitariya vəziyyəti ilə əlaqədar Bugün Tv-yə şikayət edib. Şikayətdə bildirilir ki, sözügedən ərazidə ev tikintisinə başlamaq istəyən vətəndaş yaxınlıqdakı özül qazıntılarının antisanitariyaya səbəb olmasından narazıdır.

Onun dediyinə görə artıq 2 ildən çoxdur ki, məsələ ilə əlaqədar olaraq aidiyyəti qurumlara müraciət etməyinə baxmayaraq, məsələ hələ də öz həllini tapmayıb. Şikayətlə bağlı Mingəçevir şəhər icra hakimiyyəti başçısının müavini Məhluqə Cavadova isə bildirdi ki, bu ərazidə 2009-cu ildə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən köçkünlərin mənzil yaşayışının yaxşılaşdırılması məqsədilə yaşayış kompleksi tikilməsi qərara alınmışdır və o zaman Mingəçevir şəhər Bələdiyyəsinin qərarı ilə sözü gedən ərazidə tikinti kompleksi üçün torpaq sahəsi ayrılmışdı.

Torpağın geoloji tərkibinin öyrənilməsi məqsədi ilə aparılan qazıntılar nəticəsində məlum olub ki, həmin ərazi tikinti üçün yararsızdı. Buna görə də yaşayış kompleksinin tikintisi üçün şəhər ərazisində başqa yer seçilmiş və 2012-2013-cü illərdə yaşayış kompleksi tikilib istifadəyə verilmişdir. Onun sözlərinə görə, yararsız torpaq sahəsindəki qazıntılara gəlincə, onlar o dövrdə nəzarətsizlikdən doldurulmayıb və sonradan Mingəçevir şəhər Bələdiyyəsi tərəfindən qazılmış özülə yaxın ərazilərdə fərdi mənzil tikintisi üçün vətəndaşlara torpaq sahələri paylanılmışdır.

Bu yaxınlarda həmin əraziyə baxış keçirilərkən həmin özülün doldurulması üçün kanalizasiya sisteminin çəkilişi zamanı qazılmış torpaq kütlələrinin həmin əraziyə daşınması təklifi irəli sürülmüşdür. Yaxın zamanlarda həmin özülün torpaq kütləsi ilə doldurulması və abadlıq işlərinin başlanılması nəzərdə tutulur.

Aynur Camal

Oxşar xəbərlər

Orucluğun 19-cu gününün imsak və iftar duası

Elnarə Dərziyeva

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir

Nigar Məmmədova

“Müəllim topladığı nəticəyə differensial uyğunlaşdırılmalıdır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu