Reuters xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda minlərlə insan seçki hüquqlarının və vətəndaş azadlıqlarının müdafiəsi tələbi ilə yürüş keçirib.
Reuters-in məlumatına görə, “2026 Vaşinqton yürüşü: Səsi müdafiə et” adlı tədbir Linkoln memorialının qarşısında təşkil olunub. Yürüş Martin Lüter Kinqin 1963-cü ildə Vaşinqtonda etdiyi məşhur çıxışdan 63 il sonra keçirilib.
Tədbiri Al Sharptonun Milli Fəaliyyət Şəbəkəsi, Martin Lüter Kinq III və digər təşkilatlar təşkil edib. Yürüşə 90-dan çox ictimai təşkilatın dəstək verdiyi bildirilib.
İştirakçılar seçki hüququnun zəiflədiyini və vətəndaş hüquqlarının müdafiəsi ilə bağlı yeni təhlükələrin yarandığını bildiriblər. Etirazçılar xüsusilə seçkilərdə poçt vasitəsilə səsverməyə qoyulan məhdudiyyətlərə və seçki dairələrinin yenidən müəyyənləşdirilməsi ilə bağlı mübahisələrə diqqət çəkiblər.
Tədbirdə senator Berni Sanders, Konqres üzvləri Aleksandriya Okasio-Kortes və Yvette Klarkın da çıxış etməsi planlaşdırılıb.
Mənbə: Reuters
