11 C
Baku
18 Aprel 2026, 5:53
Dünya

Minlərlə arzu fənərləri səmaya buraxıldı

Taylandda vizual bayram

Ölkədə rəngarəng səhnələrə şahidlik edən ənənəvi Yi Penq (Fənər) Festivalı çərçivəsində minlərlə arzu fənəri səmaya buraxılıb.Taylandın Çianq May şəhərində hər il ay təqviminin sonuncu tam ay gecəsində qeyd olunan və musson mövsümünün bitməsini simvolizə edən festival rəngli səhnələrə şahidlik edib.

Dünən axşam saatlarında baş tutan tədbirdə minlərlə iştirakçı eyni anda səmaya arzu fənərlərini buraxıb.

VİZUAL FESTİVAL TƏQDİM OLUNDU

Atəşfəşanlıq və işıq şouları ilə qeyri-adi anların yaşandığı festivalda fənər şousu, ənənəvi geyim və musiqi ilə parad, yerli rəqs şouları da olub.

ÇİNLİ VƏ AVROPA TURİSTLƏRİNDƏN BÖYÜK MARAQ

Sosial medianın təsiri ilə xarici ziyarətçilərin marağının artdığı festivala bu il xüsusilə Çinli və Avropalı turistlər böyük maraq göstərib.

Festivala qatılan turistlər və yüzlərlə sosial media istifadəçisi dilək fənərlərinin havaya buraxıldığı anları telefonları ilə lentə alıb.

Festival çərçivəsində səmaya göndərilən arzu fənərləri səbəbiylə Chiang Mai hava limanında uçuşlar bir müddət dayandırılıb.

Media: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu