Dünya

Misir kraliçasına məxsus 683 brilyantlı boyunbağı Vyanada oğurlanıb

Bugun.tv xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada bir muzeydə nümayiş etdirilən, vaxtilə Misir kral ailəsinə məxsus olmuş 683 brilyantla bəzədilmiş 200 karatlıq platin boyunbağı oğurlanıb.

The Guardian-ın məlumatına görə, hadisə cümə axşamı günortadan sonra Tətbiqi Sənətlər Muzeyində (MAK) baş verib. İki kişi sərgiyə adi ziyarətçi kimi daxil olduqdan sonra çəkiclə şüşə vitrini sındıraraq qiymətli boyunbağını götürüb və qaçıblar. Hadisə zamanı muzeydə başqa ziyarətçilər də olub, lakin heç kim xəsarət almayıb.

Polis təhlükəsizlik kameralarında görüntülənən iki şübhəlinin axtarışına başlayıb. Onların üzlərinin maskasız olduğu bildirilir. Polis hadisə ilə bağlı ictimaiyyətdən məlumat istəyib.

Sərgi sənədlərinə əsasən, boyunbağı bir vaxtlar Misir kraliçası Nazliyə məxsus olub. Kraliça onu 1939-cu ildə qızı Fəvziyanın İran vəliəhdi Məhəmməd Rza Pəhləvi ilə toyunda taxıb. Əşya 2015-ci ildə Nyu-Yorkda keçirilən Sotheby’s hərracında 4,3 milyon dollara satılıb.

Oğurluq Avropada muzeylərə qarşı son dövrdə baş verən silsilə cinayətlərin fonunda diqqət çəkib.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

“Ulduz müharibələri” filmindəki Tatuinə bənzər planet həyat üçün əlverişli ola bilər

Aynur Camal

BMT araşdırması: Dünya geri dönməyən nəticələri olan qlobal su çatışmazlığı dövrünə daxil olur

Aynur Camal

16 yaşlı gəncin biznesinin dövriyyəsi 1 milyon ABŞ dollarını ötdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu